Azərbaycanda 25 yaşlı gəncin boğazını kəsib, yandıran tutuldu

Azərbaycanda 25 yaşlı gəncin boğazını kəsib, yandıran tutuldu
11:57 2 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Zərdabda törədilən dəhşətli qətlin üstü açılıb

Zərdab Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 30-da rayon sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunu qətlə yetirən həmyerlisi, 1989-cu il təvəllüdlü Vüsal Ələsgər oğlu Mehrəliyev tutulub. V. Mehrəliyev ilkin ifadəsində hadisəni aralarında yaranan münaqişə zəminində törətdiyini deyib.
 
Polisdən həmçinin bildirilib ki, V. Mehrəliyev  R. Zeynalovu qətlə yetirdikdən sonra onun üz nahiyəsinə benzin tökərək yandırıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Qeyd edək ki, Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyidi başı kəsilmiş halda dekabrın 30-da səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Milli.Az

Uyğun link:

Azərbaycanda dəhşət: 25 yaşlı gəncin boğazını kəsib, yandırdılar - YENİLƏNİB - TƏFƏRRÜAT


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/316895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR