AXA MBASK şirkəti yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin istifadəsinə verib

AXA MBASK şirkəti yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin istifadəsinə verib
11:48 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
AXA MBASK sığorta şirkəti korporativ sosial məsuliyyət çərçivəsində Risk Navigator – yol-nəqliyyat hadisələrinin interaktiv xəritəsini əhalinin istifadəsinə verib.
Sığorta şirkətindən AzərTAc-a bildiriblər ki, Risk Navigator ilk növbədə respublikada yolların vəziyyətinin profilaktikasına və yaxşılaşdırılmasına yönəldilmiş sosial bir layihədir. Bu resurs istər paytaxtda, istər də respublikanın bölgələrində AXA MBASK şirkətinin yol-nəqliyyat hadisələrinin statistikasına əsaslanan məlumatların nəşr edilməsi və vizuallaşdırılması üçün xüsusi olaraq işlənib hazırlanıbdır.
Resursa bu ünvandan www.axambask.az daxil olmaq olar.
Şirkətin və Risk Navigator layihəsinin əsas vəzifəsi – istifadəçilərə YNH-nin konsentrasiyası yerlərini, “qəza ocaqları” adlanan yerləri aşkar etmək imkanı vermək, beləliklə sürücülərin təhlükəsizlik və marşrutlara düzəliş etmələri məqsədilə həmin yerlərdə hərəkət tərzinin dəyişdirilməsinin təşkili üçün tədbirlərin görülməsinə yardım etməkdir.
Hazırda layihəyə 2014-cü ildən bu günə qədər baş vermiş yol hadisələri barədə məlumatlar daxil edilibdir. Qəzaların topoqrafik təhlili şirkətin ekspertləri tərəfindən hər ay yenilənəcəkdir.
Xəritənin tətbiqi çox sadə olduğundan onun istifadəsi İnternet şəbəkəsinə çıxışı olan hər bir kəs üçün əlçatandır.
Yaxın zamanlarda xidmətə YNH-nin növü (toqquşma, piyadanın vurulması və s.), həlak olanlar və ya xəsarət alanların sayı, hadisələrin başvermə səbəbləri haqqında məlumatı nəzərdən keçirmək, eləcə də müəyyən vaxt müddəti ərzində statistikaya sorğu vermək imkanı kimi seçimlər də əlavə ediləcəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AXA_MBASK_sirketi_yol_neqliyyat_hadiselerinin_interaktiv_xeritesini_ehalinin_istifadesine_verib-833586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR