Xalq artistindən özünə qadağa

Xalq artistindən özünə qadağa
11:51 20 Fevral 2015
101 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Bayramova özünə qadağa qoyub.

Axşam.az-a açıqlama verən muğam ifaçısı hər verilişə getməyəcək:

“Bəzi kanallarda yayımlanan verilişlərə getməyi özümə qadağan etmişəm. Mənim üçün mövzu önəmlidir. Efirdə sənət göstərib, oxumaq lazımdır. İndi hər kəsə mikrofon verilir, hamı danışır. Əvvəl bir senzura var idi, hər adama söz verilmirdi. İndiki zəmanədə sənəti olan da, olmayan da danışır. Müəyyən insanlar var ki, onları verilişlərdə mənsiz də müzakirə edə bilərlər. Mənsə gedib danışmaq əvəzinə, ifa göstərirəm. Çünki oxumaq daha gözəldir”.

Sənət aləmində baş verən qalmaqallardan söz açan A.Bayramova “Söz-söhbətdən uzaq olanam. Qalmaqallara qarışmıram. Hər kəs davadansa, öz işi ilə məşğul olsa yaxşıdır. Ətrafımda olan sənət dostlarımla heç vaxt çəkişmə yaşamamışam” - deyə, bildirib.


Xalq artisti estrada müğənnilərinin muğam oxumasına da münasibət bildirib:

“Hansısa bir estrada ifaçısı muğam oxuyursa, ona xanəndə demək olmaz. Mən də estrada oxuyuram, dahi bəstəkarların bəstələrini səsləndirirəm. İndi mən estrada müğənnisi oldum? Dinlədiyim ifaçılar var, amma çox azdır”. Muğam çox dərin bir sənətdir. Onu bilmək hər adamın işi deyil”.

Foto: Ramin ASLANOV




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR