Lui van Qal 5 futbolçu istəyir

Lui van Qal 5 futbolçu istəyir
11:57 20 Fevral 2015
86 İdman
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted” bu yay da transfer dönəmini fəal keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” mövsümün sonunda heyətdə ciddi dəyişikliklər edəcəklər.
  
Klub rəhbərliyi yay transferləri üçün 150 milyon funt-sterlinq ayıracaq və baş məşqçi Lui van Qalın siyahısındakı oyunçular heyətə cəlb ediləcəklər. Hollandiyalı mütəxəssis hələ ad müəyyənləşdirməsə də, bu məbləğə 5 futbolçu transfer etməyi düşünür. O, müdafiənin mərkəzinə, sağ cinahına, orta sahəyə, yarımmüdafiənin cinahına və hücum xəttinə bir futbolçu alınmasını istəyir.
  
Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 3-cü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR