“Akkord” Bakı Olimpiya Stadionunun yaxınlığında mikrotunel tikintisi layihəsini yekunlaşdırıb

“Akkord” Bakı Olimpiya Stadionunun yaxınlığında mikrotunel tikintisi layihəsini yekunlaşdırıb
11:58 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Bakı Olimpiya Stadionunun yaxınlığında həyata keçirilən mikrotunel tikintisi layihəsini yekunlaşdırıb.
“Akkord”dan AzərTAc-a bildirilib ki, bir qədər əvvəl ilk tunelin qazıntısını uğurla tamamlayan şirkətin qazma qurğusu fevral ayının 7-də layihə çərçivəsində qazılan ikinci tunelin də çıxış nöqtəsinə çatıb.
Beləliklə, 1600 və 1400 millimetrlik magistral su xətlərinin ətraf infrastruktura zərər vermədən Heydər Əliyev prospektindəki mövcud körpü kompleksinin altından qarşı tərəfə keçirilməsi işi başa çatdırılıb.
Eyni zamanda, 9 metr dərinlikdən keçən 2000 millimetrlik diametrli tunellərin tikintisi yüksək keyfiyyətlə və vaxtından əvvəl həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akkord_Baki_Olimpiya_Stadionunun_yaxinliginda_mikrotunel_tikintisi_layihesini_yekunlasdirib-833594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR