“Expressbank” “SmileCard” taksit kartını təqdim edir

“Expressbank” “SmileCard” taksit kartını təqdim edir
12:02 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 11:55 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Expressbank” müştərilərə dünyanın istənilən yerində keçərli olan “SmileCard” taksit kartını təqdim edir.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı “Expressbank” filiallarında dərhal əldə edə bilərlər.

 

“SmileCard”ı həmçinin onlayn sifariş etmək mümkündür – http://www.expressbank.az/AzOrderSmilecard.html.

 

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 manat təşkil edir.

 

Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

 

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək “ExpressPay” ödəniş terminalı var.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR