Expressbank-ın SmileCard-ı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur

Expressbank-ın SmileCard-ı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur
12:03 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Expressbank-ın "SmileCard" taksit kartı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur. Bu kart dünyanın istənilən yerində keçərlidir.

Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı "Expressbank" filiallarında dərhal əldə edə bilərlər. SmileCard-ı, həmçinin onlayn sifariş etmək mümkündür – http://www.expressbank.az/AzOrderSmilecard.html

“Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin” şüarı ilə bazara təqdim edilən kredit kartı müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər. Kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, internetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS-məlumatlandırma xidməti pulsuzdur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 180-dək "ExpressPay" ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2366373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR