Tarix İnstitutunda elmi şuranın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı iclası

12:03 20 Fevral 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəsbkar ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb. Məkrli ermənilərin işğalçılıq siyasətini davam etdirdiklərini qeyd edən alim düşmənin qanlı cinayətləri barədə dünya ictimaiyyətinə daha ətrafı məlumat çatdırılmasının zəruriliyini vurğulayıb.
Digər çıxış edənlər də erməni qəddarlığından söz açıblar.
Tədbir çərçivəsində bu elm müəssisəsində Xocalı soyqırımına həsr olunan kitabların sərgisi keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tarix_Institutunda_elmi_suranin_Xocali_soyqiriminin_23_cu_ildonumu_ile_bagli_iclasi-833596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR