II Respublika robot proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb

II Respublika robot proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb
12:06 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda II Respublika robot proqramlaşdırma müsabiqəsinə (AzRoboHack2) qeydiyyat başlayıb.
 “AzRoboHack” Qafqaz Universiteti İKT Elmi Tədqiqat Mərkəzinin (QU İKTETM) təşkil etdiyi robot proqramlaşdırma yarışı layihəsidir.
 
Layihə “QUTexnopark”, QU Kompüter Mühəndisliyi bölməsi, “IEEE Azerbaijan Chapter”-in təşkilatçılığı, “AZEL Elektronik” LTD, ACCODERS, “DNS Computers” və “CeDAWI”-nin sporsonluğu, “ExpertTV”-nin mətbuat dəstəyi ilə keçirilir.
 
Layihənin məqsədi respublika universitet tələbəsinin potensialını ortaya çıxarmaq, tələbələrin az vaxtda çox iş görmək bacarığını inkişaf etdirmək, tələbələrin robototexnikaya, elektronikaya olan marağını artırmaqdır.
 
 Layihə Azərbaycan universitetləri arasında tələbələrin potensialını ortaya qoymaq, onların bu sahədə bacarıqlarını inkişaf etdirmək, robototexnikaya olan marağını artırmaq, həmçinin ölkədə bu sahəyə olan diqqəti artırmaq məqsədilə reallaşdırılır.
 
Yarış müddətində iştirakçılar təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən robot tətbiqləri hazırlamalıdırlar.
 
Seçim müsabiqəsi onlayn şəkildə 27 - 28 fevral tarixlərində baş tutacaq. Qəbul haqqında məlumat isə 1 mart tarixində veriləcək. Layihədə iştirak şərtlərinə gəlincə, müsabiqədə bütün Azərbaycan universitetlərinin bakalavr və ya magistr tələbələrindən təşkil edilmiş komandalar iştirak edə bilər.
 
Hər komandanın iki üzvü ola bilər. İştirakçıların minimum riyazi məntiq və elektronika bilikləri olmalıdır - bunun yoxlanması üçün bütün qeydiyyatdan keçmiş komandalar 27 - 28 fevral tarixlərində keçiriləcək onlayn seçim müsabiqəsində iştirak etməlidirlər.
 
Qeydiyyatdan keçmiş və onlayn seçim müsabiqəsində ilk 10 yeri tutan komandalar yarışın final müsabiqəsində iştirak edə biləcəklər. Müsabiqə çərçivəsində təlimlər də (07.03.2015 (2 saat); 04.04.2015 (2 saat); 14.03.2015 (2 saat); 11.04.2015 (2 saat)) nəzərdə tutulur. Müsabiqənin finalı mayın 2-də keçiriləcək. Təlimlərin keçirilməsində məqsəd yarış iştirakçılarının yarış mühiti və istifadə olunacaq maddi-texniki baza ilə tanış olmasıdır.
 
 Təlimlərdə iştirakçı komandalara bir sıra mövzularda seminarlar veriləcək. Mövzulara “Elektronika hakaton və “AzRoboHack” anlayışları”, “Yarışda maddi-texniki baza kimi istifadə edilən “Arduino” və “Raspberry  kartları və bundan istifadə imkanları”, “Mikrokontrollerlər haqqında ümumi məlumat. Mikrokontrollerlərin proqaramlaşdırılması. Arduino mikrokontrollerlərinin təsnifatı”, “Arduinoda əsaslı lövhələr. Tamamlayıcı məhsullar. Elektronik hissələr və onların xassələri”, “İlkin hazırlıq. Arduino iş mühiti. Arduino proqramlaşdırmanın əsasları”, “Arduino ilə təcrübələr” daxildir.
 Yarış 1 gün - 2 may saat 10:00-da təşkil ediləcək.
 
Bu müddət ərzində yarış iştirakçıları təlimlər zamanı təyin edilmiş meyarlara cavab verən elektronika tətbiqlərinin təqdimatını edirlər.  Hazırlanmış tətbiqlər müvafiq göstəricilərinə görə qiymətləndiriləcək. Buraya yenilikçilik, sənayeyə olan faydası, ətraf mühitə olan faydası, ölkənin İKT sahəsində nəzərdə tutula biləcək perspektivləri, elektronika dizaynı, işin stabilliyi, alqoritmin stabilliyi, yazılan proqram təminatının səliqə və stabilliyi daxildir. 
 
Münsiflərin dəyərləndirməsi əsasında ilk üç yeri tutan komandalar pul mükafatı qazanacaqlar.  Birinci yer üzrə 500 AZN və “Arduino Kit”, ikinci yer üzrə 300 AZN və “Arduino Kit”, üçüncü yer üzrə 200 AZN və “Arduino Kit” nəzərdə tutulur. Digər iştirakçılara həvəsləndirici mükafat və sertifikatlar təqdim ediləcək.
 
Mükafatlandırma mərasimi Qafqaz Universitetində təşkil edilən ənənəvi VI Gənclik Şənliyində həyata keçiriləcək və davamı olaraq hazırlanan elektronikaların sərgisi təşkil ediləcək.
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35443-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR