Əlillər peşə təlimi keçir

Əlillər peşə təlimi keçir
12:06 20 Fevral 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir qrup gözdən əlil şəxsi peşə reabilitasiyasına cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlil şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına cəlb olunmasına xüsusi diqqət yetirir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ƏƏSMN tərəfindən daha 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb olunub və növbəti həftənin əvvəlindən kurslara başlanacaq. Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcək. Digər 24 nəfər gözdən əlil şəxs isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcək. Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq.

Xatırladaq ki, ötən il ƏƏSMN-nin xətti ilə ümumilikdə 3800 nəfərədək vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub. Həmin insanlardan 381 nəfərini əlilliyi olan şəxslər təşkil edib ki, onların 60 nəfəri gözdən əlil şəxslərdir. Əlilliyi olan şəxslərin 272 nəfəri ƏƏSMN-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təliminə cəlb edilib.

Peşə hazırlığına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=327167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR