Meksikada tələbələr ayağa qalxdı

Meksikada tələbələr ayağa qalxdı
12:06 20 Fevral 2015
70 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikanın Qerrero ştatında 200-ə yaxın tələbə yerli hərbi hissəyə hücum edib.

ANS PRESS-in məlumatına görə, bu aksiya ötən ilin sentyabr ayında itkin düşmüş 43 tələbənin tapılması tələbi ilə keçiriilib. Hücum qısa müddət davam edib və xəsarət alan olmayıb. Etirazçılar hərbi hissənin divarlarına tələbələrin tapılması ilə bağlı şüarlar yazıblar. Ştat ərazisində bu cür hücumlar əvvəllər də baş verib. Bununla sakinlər tələbələrin itkin düşməsində hərbçilərin də rolu olduğunu ifadə edir.

Ötən ilin sentyabr ayında aksiyadan qayıdan tələbələr sonradan polis olduğu məlum olan şəxslərin hücumuna məruz qalmış, nəticədə 6 nəfər həlak olmuş, 43 nəfər itkin düşmüşdü. İtkin düşən tələbələrin polis tərəfindən cinayətkar qruplara təhvil verildiyi iddia edilib. Tələbələrin öldürüldüyinə inanmayan ştat sakinləri onların axtarışlarının davam etdirlməsini tələb edir.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR