Qazaxda xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılıb

Qazaxda xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılıb
12:08 20 Fevral 2015
112 Ölkə
Ölkə mətbuatı
A- A+


Qazax, 20 fevral, AzərTAc
Qazaxda rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin zona filialının təşkilatçılığı ilə xalq şairi Vaqif Səmədoğlunun xatirəsi anılıb.
AzərTAc xəbər verir ki, mədəniyyət və təhsil işçilərinin, poeziyasevərlərin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gülaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, şair Barat Vüsal və başqaları çıxış edərək V.Səmədoğlunun yaradıcılığından danışıblar.
Sonra şairin sözlərinə yazılmış mahnılar və əsərlərindən parçalar səsləndirilib.
Tədbir Qazax Dövlət Dram Teatrının şairin şeirlərindən ibarət hazırladığı kompozisiya ilə başa çatıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_xalq_sairi_Vaqif_Semedoglunun_xatiresi_anilib-833597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR