Şəhər meri həbs olundu

Şəhər meri həbs olundu
12:16 20 Fevral 2015
77 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelanın paytaxtı Karakasın meri müxalif partiya təmsilçisii Antonio Ledesma həbs olunub.

ANS PRESS-in məlumatına görə, ölkə prezidenti Nikolas Maduro televiziya çıxışı zamanı Ledesmanın ölkədə qarışıqlıq yaratmaq və hökumətə qarşı addımlar atmaqda ittiham olunaraq həbs edildiyini açıqlayıb. Merin həbs olunmasının təhlükəsizlik kameraları ilə qeydə alınmış kadrları da yayılıb.

Antonio Ledesma keçmiş prezident Uqo Çavesin ölümündən sonra keçirilən prezident seçkilərində müxalif namizəd Enrike Kaprilesi dəstəkləmişdi. Seçkilərdə Maduro qalib gəldikdən sonra ölkədə etirazlar baş qaldırmış, nəticədə 40-a yaxın adam həlak olmuşdu. Venesuela hökuməti Karakas merini iğtişaşların baş qaldırmasında ittiham edib.

Antonio Ledesma həbs olunduqdan sonra Karakasda bir qrup sakin etiraz aksiyası keçirərək merin azad olunmasını tələb edib.
Mənbə
ENEX



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR