Vergilər naziri Hacıqabulda vətəndaşları qəbul edib

12:22 20 Fevral 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:17 ]


Hacıqabul. Əlibəy Zeynallı - APA. Vergilər naziri Fazil Məmmədov Hacıqabulda vətəndaşları qəbul edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində baş tutan qəbulda Hacıqabul, Şirvan, Saatlı və Neftçala rayonlarından olan vətəndaşlar iştirak edib.

 

Qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, pos-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

 

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373479

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR