Azərbaycanda nə qədər qeyri-müsəlman dini icması var?

12:23 20 Fevral 2015
73 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda 21 qeyri-müsəlman dini icması fəaliyyət göstərir. Bunu Trend-in sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildiriblər.

DQİDK-dan verilən məlumata görə, onlardan 12-si xristianların, 6-sı yəhudilərin, 2-si bəhailərin, 1-i isə krişnaidlərindir.

Komitədən bildiriblər ki, Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 1 sentyabr 2009-cu il tarixindən indiyə qədər ölkədə ümumilikdə 598 dini icma qeydiyyatdan keçib və hazırda fəaliyyətlərini davam etdirirlər. Qeydiyyatdan keçən dini icmaların 577-si müsəlman, 21-i isə qeyri-müsəlman dini icmasıdır.

2014-cü ildə Azərbaycanda 9, 2015-ci ildə isə 1 dini icma dövlət qeydiyyatına alınıb. Həm ötən il, həm də bu il qeydiyyata alınanların hamısı müsəlman dini icmalarıdır.

Qeyd edək ki, bir neçə yeni dini icma da qeydiyyatdan keçmək üçün Komitəyə müraciət edib. Hazırda onların sənədləri baxılma mərhələsindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2366390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR