Gənclər və idman naziri Qusarda vətəndaşları qəbul edəcək

Gənclər və idman naziri Qusarda vətəndaşları qəbul edəcək
12:23 20 Fevral 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusarda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarının sakinlərini qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbul saat 11-də Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, Qusar Olimpiya Kompleksinin yaxınlığı) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Quba (050/055-235-77-88), Qusar (055-435-76-16, 070-317-24-13), Siyəzən (055-213-94-28, 050-569-43-76), Şabran (055-612-26-62), Xaçmaz (050/070-235-77-57) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Qeydiyyat fevralın 20-24-də saat 9-dan 18-dək aparılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_ve_idman_naziri_Qusarda_vetendaslari_qebul_edecek-833603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR