Azərbaycanın yeniyetmə və gənc qız güləşçiləri Ukraynada 12 medal qazanıblar

Azərbaycanın yeniyetmə və gənc qız güləşçiləri Ukraynada 12 medal qazanıblar
12:23 20 Fevral 2015
130 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə və gənc qızlar arasında ənənəvi beynəlxalq güləş turnirində Azərbaycan millisi on iki medal qazanıb.
AzərTAc xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yeniyetmələrin yarışında mübarizə aparan qızlarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olublar. Aynurə Camalova (40 kq) qızıl, Ülkər Babayeva (44 kq) və Leyla Qurbanova (51 kq) gümüş, Sona Tumarxanova (48 kq) və Şəbnəm Əhmədova (55 kq) isə bürünc medal qazanıblar.
Böyük məşqçi Yaqub Məmmədovun rəhbərliyi altında yarışan gənc qızlar isə 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Qızıl medalları yığmamıza Anna Pavliv (48 kq) və Alyona Kolesnik (55 kq), gümüş medalları Türkan Nəsirova (48 kq) və Almaz İsmayılova (55 kq) qazandırıblar. Sahilə Ələkbərova (44 kq), Arzu Əliyeva (51 kq) və Dərya Korin (59 kq) isə bürünc medallarla kifayətləniblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_yeniyetme_ve_genc_qiz_guleschileri_Ukraynada_12_medal_qazaniblar-833602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR