Rumıniyanın Bakıdakı səfirliyində NATO-Azərbaycan əlaqələrinə həsr olunmuş tədbir keçirilib

12:27 20 Fevral 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:24 ]


Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-Azərbaycan əlaqələrinə həsr olunmuş tədbir keçirilib.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, Rumıniyanın Azərbaycanda NATO-nun rezident əlaqələndiricisi fəaliyyəti çərçivəsində keçirilən tədbirdə NATO-ya üzv ölkələrin Azərbaycandakı səfirləri iştirak edib.

 

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirib ki, NATO ilə Azərbaycan arasında çox məhsuldar əməkdaşlıq mövcuddur. O qeyd edib ki, alyans Azərbaycanla müxtəlif birgə proqramlarda uğurlu iş aparır.

 

D. Çiobanunun sözlərinə görə, bu həftə Brüsseldə keçirdiyi müxtəlif görüşlərdə NATO-nun Azərbaycanla tərəfdaşlığı davam etdirməkdə maraqlı olduğu qeyd edilib: “Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə kimi Rumıniya hesab edir ki, NATO ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi bütün Cənubi Qafqaz üçün faydalıdır. Azərbaycan Avropanın enerji  təchizatlarını diversifikasiya etmək cəhdində vacib rol oynayır”.

 

Görüşün digər iştirakçıları NATO-Azərbaycan əlaqələrini və onun gələcək inkişaf perspektivlərini yüksək qiymətləndiriblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373482

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR