Bu, möcüzədir!

Bu, möcüzədir!
12:27 20 Fevral 2015
238 Dünya
Ölkə mətbuatı
A- A+

Körpə 13-cü mərtəbədən yıxıldı, amma sağ qaldı

Möcüzəli hadisə Rusiyanın Podmoskovye vilayətində baş verib. Milli.Az "Komsomolskaya Pravda"ya istinadən bildirir ki, 13-cü mərtəbədən yıxılan yaşyarımlıq uşaq sağ qalıb.

Uşağın yıxıldığını yoldan keçənlər görüb və polisə zəng vurublar.

Uşağın daxili orqanları ziyan görsə də, həyati təhlükəsi yoxdur. Həkimlər onun tezliklə sağalması üçün çalışırlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları isə uşağın yıxıldığı mənzilə baxıblar. İçəridə gözüyaşlı ananı görüblər.

Ana deyib ki, uşağı cəmi bir dəqiqəlik boş buraxıb. Həmin vaxt isə uşaq pəncərə altına dırmanaraq pəncərədən yıxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/325662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR