Sabirabadda evdən 10 kiloqram narkotik tapılıb

12:27 20 Fevral 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:24 ]


Şirvan. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunda ata və oğul narkotik faktına görə həbs edilib.

 

Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad sakini, 11-ci sinif şagirdi, 1998-ci il təvəllüdlü Əliyev Cavidan Cabir oğlunun üzərində, oxuduğu Nizami adına orta məktəbin qarşısında 26,28 qram qurudulmuş marixuana aşkar edilib.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məktəblinin yaşadığı ünvana baxış keçirilib. Oradan müxtəlif yerlərdə gizlədilmiş 10,19 kiloqram qurudulmuş marixuana aşkar edilib. Cavidan Əliyev və onun atası, 1958-ci il təvəllüdlü Əliyev Cabir Əlabbas oğlu saxlanılıb.

 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Narkotikin evdə satış məqsədilə saxlandığı bildirilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR