Azərbaycan Dövlət Taxıl Fondunun ehtiyatı artırılır

12:07 2 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 12:05 ]

Bakı. Rəşad Süleymanov – APA. Bu ildən Azərbaycan Dövlət Taxıl Fonduna tədarük edilən taxıl ehtiyatının həcmi artırılacaq. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

 

Nazirlər Kabinetinin “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” qərarına əsasən Taxıl Fonduna yığılan ehtiyatın həcmi 750 min tona çatdırılacaq. Hazırda bu ehtiyat 500 min ton təşkil edir.

 

Qərarın qəbulu taxıl istehsalçıları olan qonşu ölkələrdə son dövrlər baş verən iqlim dəyişikliklərinin, həmçinin respublika ərazisində uzun sürən quraqlıq nəticəsində yarana biləcək vəziyyətin əhalinin taxıl məhsulları ilə təminatına birbaşa və ya dolayı təsirinin qarşısının alınması tədbirləri ilə əsaslandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR