Ukraynalı jurnalist Debaltsevo uğrunda döyüşlərdə Ukrayna ordusunun nə qədər itki verdiyini açıqlayıb

12:42 20 Fevral 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:40 ]

Bakı – APA. Ukraynanın tanınmış jurnalisti, “Censor.net” saytının baş redaktoru Yuri Butusov Debaltsevo şəhərinin müdafiəsi zamanı həlak olan, eləcə də əsir və itkin düşən ukraynalı hərbçilərin sayını açıqlayıb.

APA-nın xəbərinə görə, Y. Butusov özünün “Facebook” səhifəsində 2015-ci il yanvarın 24-dən fevralın 18-nə qədər Debaltsevo ətrafında gedən şiddətli döyüşlərdə 163 hərbçinin həlak olduğunu, 110 nəfərin əsir düşdüyünü və 29 hərbçinin itkin düşmüş sayıldığını yazıb. O, konkret hansı hərbi hissənin nə qədər itki verdiyini rəqəmlərlə qeyd edib.

 

Jurnalist bildirib ki, bunlar hələ yekun rəqəmlər deyil və dəqiqləşdirmələr davam edir.

 

Separatçı qüvvələrin nə qədər itki verdiyi bəlli olmasa da, onların itkilərinin Ukrayna tərəfinin itkilərindən çox olduğu güman edilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR