Bu qadın prezident ola bilər

Bu qadın prezident ola bilər
12:46 20 Fevral 2015
139 Şou
Ölkə mətbuatı
A- A+

Bu il Polşa prezidenti postunu qadın namizəd tuta bilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 35 yaşlı aktrisa, aparıcı və tarixçi Maqdalena Oqurek bu posta iddialıdır. O artıq ciddi siyasi ambisiyaları ilə də tanınır. Maqdalena namizədliyini Sol Demokratik Birliyindən (SDB) irəli sürəcək.

Politoloqların fikrincə, bu, M.Oqurekə prezident olmaq üçün böyük şans yaradır.

Qeyd edək ki, Maqdalena Oqurek bir sıra serialda rol almaqla yanaşı, məşhur verilişlərin aparıcısıdır. Bundan başqa o, humanitar elmlər üzrə doktor elmi dərəcəsinə malikdir. Hazırda isə Varşava universitetlərinin birində dərs deyir. Daha əvvəl SDB-nin keçmiş üzvü ilə ailəli olan Maqdalenanın 9 yaşlı qızı var.




Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR