Cəbhə bölgəsində belə dərs keçilir - FOTO

Cəbhə bölgəsində belə dərs keçilir - FOTO
12:47 20 Fevral 2015
283 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi ilə Müdafiə Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə birgə təşkil etdiyi mediatur çərçivəsində KİV nümayəndələri Ağdamın Qaradağlı kənd tam orta məktəbində olublar.

Trend-in məlumatına görə, bu məktəbdə 310 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 48 nəfər məşğul olur.

Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən N saylı hərbi hissəyə səfəri də təşkil ediləcək. Mediatur bu gün yekunlaşacaq.

Qeyd edək ki, mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunur. Ağcabədi, Ağdam və Tərtər rayonlarına təşkil olunan səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdır.

Milli.Az























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR