Ukraynalı jurnalist Ukrayna ordusunun itkilərini açıqladı

Ukraynalı jurnalist Ukrayna ordusunun itkilərini açıqladı
12:49 20 Fevral 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın tanınmış jurnalisti, “Censor.net” saytının baş redaktoru Yuri Butusov Debaltsevo şəhərinin müdafiəsi zamanı həlak olan, eləcə də əsir və itkin düşən ukraynalı hərbçilərin sayını açıqlayıb.

 

APA-nın xəbərinə görə, Y. Butusov özünün “Facebook” səhifəsində 2015-ci il yanvarın 24-dən fevralın 18-nə qədər Debaltsevo ətrafında gedən şiddətli döyüşlərdə 163 hərbçinin həlak olduğunu, 110 nəfərin əsir düşdüyünü və 29 hərbçinin itkin düşmüş sayıldığını yazıb. O, konkret hansı hərbi hissənin nə qədər itki verdiyini rəqəmlərlə qeyd edib.

 

Jurnalist bildirib ki, bunlar hələ yekun rəqəmlər deyil və dəqiqləşdirmələr davam edir.

 

Separatçı qüvvələrin nə qədər itki verdiyi bəlli olmasa da, onların itkilərinin Ukrayna tərəfinin itkilərindən çox olduğu güman edilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR