Bakıda baş vermiş yol qəzasından sonra maraqlı hadisə baş verib. Minik avtomobilinin sürücüsü qəzaya səbəb olan avtobus sürücüsünü döyüb. Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, "Mercedes" düzünə hərəkət edərkən qəflətən avtobus onun yoluna çıxıb sola dönməyə çalışır. Bu zaman "Mercedes"in sürücüsü qəzadan yayına bilmir və hər iki avtomobil burun-buruna gəlir. "Mercedes"in sürücüsü avtobus sürücüsünün hərəkətlərindən hiddətlənərək maşından düşüb ona hücum çəkir. Sürücü kabinəsinə girən qəzəbli sürücü avtobus sürücüsünü yumruqayıb əzişdirir.Minik avtomobilinin sürücüsü qəzaya səbəb olan avtobus sürücüsünü əzişdirib
DİN-in "Təhlükəsiz şəhər" kameraları ilə qeydə alınmış həmin videonu təqdim edirik.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.