Sinoptiklərdən XƏBƏRDARLIQ

Sinoptiklərdən XƏBƏRDARLIQ
12:52 20 Fevral 2015
60 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda sabah güclü küləklə müşayiət olunan qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, gündüz yarımadanın bəzi yerlərində küləyin sürətinin daha da güclü olacağı gözlənilir.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq. Yağıntının bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR