Bakıda daha bir zorlama faktı - bu dəfə makler

Bakıda daha bir zorlama faktı - bu dəfə makler
12:52 20 Fevral 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

Günorta saatlarında binanın girişində gənc qadını zorlayıblar
Bakıda daha bir cinsi təcavüz faktı baş verib. Milli.Az lent.az-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi, 29-cu Polis Bölməsinə müraciət edən Binəqədi rayon sakini, 1987-ci il təvəllüdlü Qulamova Xədicə Elton qızı (bütün ad və soyadlar şərtidir) bildirib ki, tanışı onu zorlayıb. X.Qulamova qeyd edib ki, bir neçə gün əvvəl saat 16 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsi 201 saylı binanın qarşısında tanışı Rabil adlı şəxs ona təcavüz edib. 28 yaşlı şikayətçinin sözlərinə görə, Rabil onun əl-qolunu bağlayıb və zor tətbiq etməklə cinsi əlaqədə olub.

Qeyd edək ki, X.Qulamova Rabil adlı şəxsin ev alqı-satqısı və kirayəsi ofisində işlədiyini və öncədən tanıdığını da əlavə edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR