“Anamın Kitabı” Ədəbi Mükafatı elan olunub

“Anamın Kitabı” Ədəbi Mükafatı elan olunub
12:57 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 12:51 ]


Bakı. Cavid Zeynallı - APA. “Hədəf” Nəşrlərinin təsis etdiyi “Anamın Kitabı” Ədəbi Mükafatının pyes müsabiqəsi bu il ikinci dəfə keçiriləcək.

 

Müsabiqənin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, əsərlərin mətni üçün işarə sayı məhdudiyyəti ləğv edilib.

 

Layihənin ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, müsabiqənin Münsiflər Heyətinin sədri isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

 

Layihənin rəhbəri Müşfiq XAN bildirib ki, bu il ikinci dəfə keçiriləcək müsabiqə fevral-avqust aylarını əhatə edəcək. Mükafatlandırma isə bu ilin sentyabr ayında təşkil olunacaq.

 

Müsabiqəyə yalnız pyes əsərləri qəbul edilir, iştirak etmək üçün maksimum yaş həddi 40 yaşdır.

 

Əsərlərin qəbulu fevralın 21-dən başlayıb, mayın 1-də başa çatacaq.

 

Birinci yerin qalibinə noutbuk, ikinci yerin qalibinə planşet, üçüncü və dördüncü yerin qalibinə isə netbuk veriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR