Bakıda sulu qar və qar yağacaq

Bakıda sulu qar və qar yağacaq
13:04 20 Fevral 2015
157 Sosial
Ölkə mətbuatı
A- A+

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi, gündüz yarımadanın bəzi yerlərində güclü olacağı ehtimalı var. Temperatur gecə və gündüz 0-3 dərəcə isti olacaq.

 

 

Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

 

 

Ölkə ərazisində qeyri-sabit hava şəraiti fevralın 23-dək davam edəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194034

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR