Sabah Azərbaycanda hava küləkli olacaq, sulu qar və qar yağacaq

Sabah Azərbaycanda hava küləkli olacaq, sulu qar və qar yağacaq
13:07 20 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 13:04 ]

Havanın temperaturu 0-3 dərəcə isti olacaq

Bakı. Könül Kamilqızı - APA. Fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

 

Sabah Azərbaycan rayonlarında da hava şəraitinin arabir fasilərlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR