AFFA gənc oyunçuların məvaciblərinə limit məsələsini gələn aya saxladı (FOTO)

13:08 20 Fevral 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend/

AFFA-nın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Komitənin müraciətinə əsasən, bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Bunu nəzərə alaraq, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb.

Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda, 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2366419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR