Azərbaycanda Rusiyadakı “McDonalds”lar üçün tərəvəz yetişdiriləcək

Azərbaycanda Rusiyadakı “McDonalds”lar üçün tərəvəz yetişdiriləcək
13:14 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Rusiyanın məşhur “Belaya daça” şirkətlər qrupu Azərbaycanda faraş tərəvəz yetişdirəcək. Lent.az-ın məlumatına görə, bu barədə “Vedomosti” qəzetinə şirkətlər qrupunun prezidenti Viktor Semyonov bildirib. Məlumata görə, “Belaya daça” şirkətinin mütəxəssisləri hələ bir müddət əvvəl Azərbaycana gələrək, burada faraş məhsullar yetişdirilməsi üçün əlverişli torpaq və iqlim zonasının axtarışında olublar. Şirkətin əməkdaşları bəzi rayonlarda hava şəraitinin günəşli və isti olmasından tutmuş, torpağın münbitliyinə qədər araşdırma aparıblar. Araşdırmalardan sonra “Belaya daça” məhz Bərdə və Xaçmaz rayonlarında tərəvəz əkməyi qərara alıb. İlkin razılaşmaya əsasən, Bərdə rayonunda yerləşən torpaq sahəsində sınaq əkinlərinin aparılması qərara alınıb. Qısa zamanda rusiyalı mütəxəssislərin iştirakı ilə 2 ha sahənin əkinə hazırlıq işləri aparılır. Ümumilikdə, yaxın gələcəkdə 200-300 hektara yaxın sahədə salatlıq əkin planlaşdırılır. Həmçinin, “Belaya daça”nın aqrotexniki, texnoloji dəstəyi və mütəxəssis nəzarəti ilə Xaçmaz rayonunda yerləşən 10 ha yaxın istixana kompleksi sahəsində xüsusi növ pomidor yetişdirilməsi planlaşdırılır. Bu növ pomidor və salat məhsulları isə əsasən, Rusiyada fəaliyyət göstərən “McDonalds” restoranlarına təchizat üçün nəzərdə tutulur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR