Afrikada 450 Mbit/s ötürmə qabiliyyətinə malik olan ilk LTE-A kommersiya şəbəkəsi yaradılıb

Afrikada 450 Mbit/s ötürmə qabiliyyətinə malik olan ilk LTE-A kommersiya şəbəkəsi yaradılıb
13:16 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

“Unitel” və “Ericsson” şirkətləri  Afrikada 450 Mbit/s ötürmə qabiliyyətinə malik olan ilk LTE-A kommersiya şəbəkəsi qurublar.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, LTE A “Carrier Aggregation” (CA) tipli nümayiş sahəsi şəbəkə kanallarının üç diapazonlu aqreqasiyası texnologiyası üzrə yaradılıb.
 
Ümumi çeşid zolağının ölçüsü 60 MHz təşkil edir. Şəbəkə hərəsi 20 MHz  ölçüdə olan üç hissəyə bölünüb; diapazonlar: band 3 (1800 MHz), band 7 (2600 MHz) və band 1 (2100 MHz). Bu tipdə şəbəkə təkcə Afrikada deyil, bütün dünyada ilk dəfə yaradılıb.
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35445-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR