Nazirlikdən broyler açıqlaması

Nazirlikdən broyler açıqlaması
13:31 20 Fevral 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu günlərdə olkə telekanallarında yayımlanan proqramlarda broyler toyuqlarının ziyanları, geninin dəyişdirilmısi və iynə ilə şişirdilib kökəldilməsi barədə mənbəyi məlum olmayan yanlış məlumatların efirə verilməsi istehlakçılar arasında çaşqınlıq yaradıb.

Kənd Təsərrüfatı Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bu da quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə ciddi təsir göstərib. Nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb.

Satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib:

"Bu məlumatların heç bir əsası yoxdur və yerli quşçuluq məhsullarımız öz yüksək keyfiyyəti və çox çeşidliliyi ilə istehlakçıların tələbatına tam cavab verir", - deyə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib.

Hazırda xüsusi maraq dairəsində olan məsələlərdən biri də yerli istehsal hesabına quşçuluq məhsullarına olan tələbatın tam ödənilməsidir. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1.5 dəfə artaraq 2014-cü ildə 99.4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64.1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1.3 dəfə artaraq 2014-cü ildə 1.6 milyard ədəd təşkil edib.

Yüksək keyfiyyəti ilə seçilən yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur, həm ölkə daxilində, həm də ixrac ölkələrində istehlakçı məmnunluğu ilə qarşılanır. Onu da bildirək ki, yerli quşçuluq müəssisələri tərəfindən məhsul istehsalı, qablaşdırılması və istehlakçılara çatdırılmasının yüksək səviyyədə təşkil olunması bu sahədə milli brendlərin və istehlakçıların bu məhsullara inamının formalaşmasına səbəb olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR