Xoşqədəm Hidayətqızı: "Biz ikimiz də bir insanıq"- FOTO

Xoşqədəm Hidayətqızı: "Biz ikimiz də bir insanıq"- FOTO
12:17 2 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yeni evlənən tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Doğuş artıq Almaniyadan Parisə gedirlər. Xoşqədəm xanımın yazdıqlarından məlum olur ki, Doğuş Münxendə möhtəşəm konsert proqramı ilə çıxış edib. Tabloid.az teleaparıcının konsert təəssüratlarını təqdim edir:

“Bu gün illər öncəni xatırladım. Böyük sənətkarlarımızın xarici ölkələrdəki konsertlərini... Necə səbirsizliklə gözləyirdik. O izdihamı gördükcə insan qürurlanırdı. 31 dekabrda o anları Münxendə yenidən yaşadım, yüzlərlə insanın konsert salonunun önündə qalması, Doğuşun hər çıxışının alqışlarla qarşılanması bir sənətçi ücün böyük xoşbəxtlikdir. Qısası - hər kəs öz cibindən pul verib bilet alıb konsertə gəlmişdi. Canım, həyatım, bu gün mən sənin adına sevindim, Allah bu səsi, bu sevgini səndən əsirgəməsin. Və bir daha əmin oldum ki, biz ikimiz də bir insanıq. İşimizi sevgiylə görürük. Sənin hər dəfə o mahnıları oxuduqca onları yaşaman... Bax sevgi budur. Səninlə qürur duyuram! Sənə, ailəmizə uğur, xoşbəxtlik ili olsun, inşallah!”

Böyütmək üçün şəkillərə klikləyin.



Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR