DST uşaqları zərərli ərzaq məhsulları reklamlarından qorumağa çağırır

DST uşaqları zərərli ərzaq məhsulları reklamlarından qorumağa çağırır
13:33 20 Fevral 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional bürosu uşaqlar üçün zərərli ərzaq məsullarının, xüsusilə tərkibində yüksək miqdarda yağ, şəkər və duz olan məhsulların aqressiv reklamlarını məhdudlaşdırmağı təklif edir. Belə reklamlar uşaqların yemək istəklərinə və onların valideynlərinin seçiminə mənfi təsir göstərir.
Hazırda DST-nin Avropa regionu ölkələrində 13 yaşlı uşaqların 27 faizində, 11 yaşlı uşaqların 33 faizində piylənmə müşahidə olunur. Artıq çəki isə bir çox qeyri-yoluxucu xəstəliklərə səbəb olur.
DST-nin Avropa regional bürosu qida məhsullarının təsnifat modelini hazırlayıb. Bir çox ölkələr ərzaq məhsullarının dəyərini və tərkibini müəyyən etmək üçün bu modeldən istifadə edə bilərlər. Ən yaxşısı Danimarka və Norveç modelləridir ki, bunlardan qida reklamının məhdudlaşdırmaq üçün istifadə olunur.
DST-nin ekspertləri sübut edirlər ki, bol enerjili, yağ, şəkər və duzla zəngin qidaların reklamı uşaqlara mənfi təsir göstərir, onlarda qida ilə bağlı zərərli vərdişlər formalaşdırır, o cümlədən uşaqlarda piylənmə yaradır.
“Avropada uşaq piylənməsi epidemiyası davam edir, buna görə də dəyəri az olan və zərərli ərzaq məhsulları marketinqinə heç nə ilə haqq qazandırmaq olmaz. Biz uşaqları ərzaq marketinqinin zərərli təsirlərindən qorumaq üçün ölkələrə xüsusi vasitələr təklif edirik...”- DST Avropa regional bürosunun qeyri-yoluxucu xəstəlikləri şöbəsinin direktoru Qayden Qalea bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/DST_usaqlari_zererli_erzaq_mehsullari_reklamlarindan_qorumaga_chagirir-833615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR