İranda benzin bahalaşır

İranda benzin bahalaşır
13:41 20 Fevral 2015
75 Dünya
Ölkə mətbuatı
A- A+

İranda bu il martın 21-dən etibarən dövlət tərəfindən vətəndaşlara kömək kimi verilən benzinin qiyməti 5 faiz bahalaşacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə qərar ölkə parlamentinin iclasında qəbul edilib.

Bildirilir ki, İran Məclisinin qərarından iki gün əvvəl dövlət nümayəndələri ölkədə qiymətlərin artmayacağı barədə məlumat verib, buna vətəndaşları inandırıblar. Lakin hər şey bunun əksinə olub.

Ümumiyyətlə, avtomobil nəqliyyatına sahib olan İran vətəndaşları təyin edilmiş kvota əsasında benzini 7 min rial (15,67 rubl) qiymətə alırlar. Martın 21-dən isə bir litr yanacaq üçün 7350 rial (16,45 rubl) ödəmək lazım gələcək.

Xatırladaq ki, İranda 2007-ci ilin yayında benzinə kvota qoyulub. Belə ki, hər bir avtomobil və motosikl sahibinə benzin almaq üçün "ağıllı kart" verilib. Bura maddi yardımla bağlı informasiya daxil edilib. Nəqliyyat vasitəsinin hər bir sahibinin aylıq norması 60 litr müəyyənləşdirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR