Bakıya qar-çovğun gəlir

Bakıya qar-çovğun gəlir
13:46 20 Fevral 2015
99 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq yayıb. Departamentdən ANS PRESS-ə verilən məlumata görə, fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Fevralın 21-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=327209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR