Sağlam ailə, sağlam cəmiyyət güclü dövlətdir

Sağlam ailə, sağlam cəmiyyət güclü dövlətdir
13:48 20 Fevral 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc
Fevralın 20-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Ədliyyə Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Sağlam ailə, sağlam cəmiyyət güclü dövlətdir” mövzusunda konfrans keçirilib.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev konfransda çıxış edərək mövzunun aktuallığını qeyd ediblər. Bildirilib ki, konfransın məqsədi nikaha daxil olan şəxslərin nikahdan əvvəl tibbi müayinə keçməsi ilə bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 17 oktyabr tarixli Qanunun tətbiqidir.
Dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən konfransda mövzu ilə bağlı müzakirələr aparılıb. Çıxışlarda gənclər arasında sağlam həyat tərzinin təbliğinin vacibliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saglam_aile_saglam_cemiyyet_guclu_dovletdir-833621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR