AFFA gənc oyunçuların məvaciblərinə limit məsələsini niyə yubadır? - FOTO

AFFA gənc oyunçuların məvaciblərinə limit məsələsini niyə yubadır? - FOTO
13:52 20 Fevral 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilib.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, Komitənin müraciətinə əsasən, bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Bunu nəzərə alaraq, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb.

Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda, 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/325708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR