Abramov Azərbaycanda qəza törətdi, 3 nəfər yaralandı

Abramov Azərbaycanda qəza törətdi, 3 nəfər yaralandı
13:53 20 Fevral 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

İsmayıllıda Azərbaycan və Rusiya vətəndaşlarının avtomobillərinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 06 radələrində İsmayıllı rayonu ərazisində Sumqayıt şəhər sakini Elnur Qəhrəmanovun idarə etdiyi “Hyundai” və Rusiya Federasiyası vətəndaşı Rafik Abramovun idarə etdiyi “Ksoy” markalı avtomobillər toqquşub.

R.Abramov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366444.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR