İTV-dən Elnurun "Eurovision"a getməsi ilə bağlı açıqlama

İTV-dən Elnurun "Eurovision"a getməsi ilə bağlı açıqlama
13:56 20 Fevral 2015
120 Şou
Ölkə mətbuatı
A- A+

İctimai Televiziya “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərə münasibət bildirib.
 
Axşam.az APA-ya istinadən xəbər verir ki, İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, E. Hüseynovun “Eurovision-2015” mahnı müsabiqəsinə göndərilməsi haqda yayılmış xəbərlər həqiqətə uyğun deyil:

“İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, biz bu məsələ ilə bağlı heç bir sayta açıqlama verməmişik. “Eurovision-2015”də Azərbaycanı təmsil edəcək ifaçı məlum olanda İctimai TV rəsmi açıqlama ilə çıxış edəcək”.
 
Qeyd edək ki,  “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynovun builki “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyi haqda xəbərlər yayılıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR