“Muravey”i dartan “Muravey” aşdı, sürücüsü öldü

13:58 20 Fevral 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Astara şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 11 radələrində Astara şəhərində şəhər sakini Akif Mirzəyev idarə etdiyi “Muravey” markalı motosikletlə həmyerlisi Eldəniz İsmayılova məxsus “Muravey” markalı motosikleti yedəkdə təmirə apararkən ip qırıldığından E.İsmayılovun motosikleti aşıb. Nəticədə E.İsmayılov hadisə yerində ölüb.

Faktla bağlı Astara rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2366448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR