Bakı-Sumqayıt şossesində (Sumqayıt istiqamətində) aparılan təmir işləri yekunlaşıb.
ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, təmir işləri yekunlaşdığı üçün şossedə nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Qeyd edək ki, bir müddət öncə Bakı-Sumqayıt şossesində təmir işləri aparılıb və həmin zaman Moskva prospekti kənar yolla hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Sumqayıt şossesinə girişi məhdudlaşdırılmışdı.
Sözügedən ərazidə müntəzəm olaraq təmir işləri aparılır və yol cizgiləri xəttlənir.
Mənbə
ANS PRESS