Çingiz Mustafayevin anası son mənzilə yola salındı - FOTO

Çingiz Mustafayevin anası son mənzilə yola salındı - FOTO
14:05 20 Fevral 2015
71 Sosial
Ölkə mətbuatı
A- A+

Milli Qəhrəman Çingiz Mustafayevin anası əbədiyyətə qovuşdu
Bu gün Naxış ana ilə vidalaşdıq. Milli Qəhrəman Çingiz Mustafayevi, ANS Şirkətlər Qrupunun rəhbərləri Vahid və Seyfulla Mustafayevləri Azərbaycana bəxş etmiş Naxış xanım Mustafayeva Yasamal qəbristanlığında dəfn edildi.

Dəfn mərasimində Azərbaycanın ictimai-siyasi xadimləri, dövlət və hökumət nümayəndələri, Millli Məclisin deputatları, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, həmçinin mərhumənin yaxınları, qohumları iştirak ediblər.

Mərhumənin oğlu, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ailələri adından dəfn mərasiminə gələn hər kəsə təşəkkür edib: "Həmçinin mətbuat və telefon vasitəsilə bizə başsağlığı ünvanlayan hər kəsə ailəmiz adından minnətdarlığımızı bildiririk".

Naxış xanım Mustafayeva 1940-cı il yanvarın 18-də Şəkidə anadan olub.

Onun tərbiyə verdiyi üç oğlu Azərbaycanda müstəqillik uğrunda mübarizə aparılan illərdə milli hərəkatın önündə yer alıblar. Naxış xanım özü də ötən əsrin 90-cı illərində milli-azadlıq hərəkatının fəal iştirakçısı olub. Daha sonra MDB məkanının ilk müstəqil telekanalı olan ANS telekanalının yaradılmasında valideyn tövsiyyələrini əsirgəməyib.

Naxış xanım Mustafayevanın yas mərasimi fevralın 21-də Təzə Pir məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

Milli.Az


























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/325715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR