Dollar 90 qəpik olacaq

Dollar 90 qəpik olacaq
14:05 20 Fevral 2015
Ölkə mətbuatı
A- A+

"Manatın avro və dollara nisbəti ilin sonunadək maksimum 1 dollar 90 qəpik (hazırda 1 dollar 0,7857 manatdır) səviyyəsinə qədər arta bilər. Hesab edirəm ki, bu 2015-ci il üçün maksimum dəhliz hesab oluna bilər."

Anspress-in məlumatına görə, bunu Azərbaycanın keçmiş baş naziri, Milli Məclisin deputatı Əli Məsimli bildirib.

O, Amerikanın Səs-inə müsahibəsində manatın avro və dollara məzənnəsindəki son dəyişikliklə bağlı danışaraq deyib ki, manatın avroya nisbəti isə məhz manatın dollara nisbətində gedən proseslərin nəticəsində formalaşacaq. Ona görə ki, əvvəllər Azərbaycanda manat birbaşa dollara bağlı idi və dollarda gedən proseslər başqa valyutalara, o cümlədən avroya maksimum təsir göstərirdi, indi yeni qaydada tətbiq olunan zənbildə 70-75 faiz dollar olacaq, 25-30 faiz avro olacaq.

Onun sözlərinə görə, avronun xüsusi çəkisi beynəlxalq praktikada tətbiq olunan kimi haradasa 50-nin 50-yə nisbətində olsa idi, burada bir oriyentir (istiqamət) götürmək mümkün idi. Amma avronun çəkisi səbətdə 20-30 faiz olacaqsa, onda onun təsiri o qədər də güclü olmayacaq. Yenə də dolların aparıcı rolu, Azərbaycanın manatının müəyyən edilməsində əvvəlki qədər olmasa da xeyli dərəcədə qalacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/325717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR