Sutka ərzində cəbhədə atəşkəs 86 dəfə pozulub

12:32 2 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

[ 02 Yanvar 2015 12:31 ]

Bakı - APA. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 86 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Noyemberyan rayonunun Barekamavan və Vosqepar kəndlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara kəndlərində yerləşən mövqelərini atəşə tutublar.

 

İşğalçılar Tərtər rayonunun Göyarx, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Minəxorlu, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Cocuq Mərcanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, FüzuliCəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR