Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi: 3 yaralı

Rusiya vətəndaşı Azərbaycanda qəza törətdi: 3 yaralı
14:12 20 Fevral 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllıda Azərbaycan və Rusiya vətəndaşlarının avtomobillərinin toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 19-da saat 06 radələrində İsmayıllı rayonu ərazisində Sumqayıt şəhər sakini Elnur Qəhrəmanovun idarə etdiyi “Hyundai” və Rusiya Federasiyası vətəndaşı Rafik Abramovun idarə etdiyi “Ksoy” markalı avtomobillər toqquşub.

R.Abramov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/325720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR