Azad Rəhimov Budapeştdə rəsmi səfərdədir

Azad Rəhimov Budapeştdə rəsmi səfərdədir
14:14 20 Fevral 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı 2015" Avropa oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Budapeştin məşhur “Viqado” Mərasim Zalında baş tutacaq təqdimat mərasimində nazir A.Rəhimov çıxış edərək, ölkənin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.


Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini, I Avropa oyunlarına hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən video çarx nümayiş olunacaq. Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək. Təşrif buyurmuş qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim olunacaq. Sərgi çərçivəsində qonaqlara I Avropa oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar da təqdim ediləcək. Tədbirin sonunda qonaqlara konsert proqramı təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194048

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR